Ermənistanda 20 günlük fövqaladə vəziyyət elan edilib
Yazar: Polad Tagioglu @ Mart 2, 2008 9:39
Ermənistan prezidenti Robert Koçaryan ölkədə 20 günlük fövqaladə vəziyyət elan edib. Ölkədə fövqaladə vəziyyətin tədbiq olunması isə hər hansı bir etiraz aksiyasının keçirilməsini qağan edir və ölkədə komendant saatı tədbiq olunur. Kütləvi informasiya vasitələri ölkədə baş verən ictimai siyasi hadisələr barədə yalnız rəsmi strukturların verdiyi məlumatları yaya bilər.
Ən son məlumatlara görə isə on minlərlə müxalifət təfərdarının Fransanın Ermənistandakı səfirliyi qarşısında etiraz akiyası hələdə davam edir. Aksiya iştrakçıları hüquq mühafizə orqanlarının əməkdaşları tərəfdən mühasirəyə alınıb.
Bütün bunlara baxmayaraq Levon Ter Petrosyanın keçmiş mətbuat katibi Levon Zurabyan Fransa səfirliyi qarşısına toplanan insanları oradan uzaqlaşmamağa çağırıb. O bir qədər öncə Ter Petrosyanla görüşdüyünü və etirazçıların keçmiş prezidentin özündən hər hansı çağırış edilməyənə qədər buradan ayrılmamalarını istəyib. Səfirlik binası önünə Stepan Dəmirçyan, Nikol Paşinyan, Xaçatur Sukiasyan və Aram Sarkisyan kimi siyasətçilərdə gəlib.
Hazırda ev dustağı olan Levon Ter Petrasyan isə keçirdiyi mətbuat konfransında bildirib ki, Robert Koçaryan və Serj Sarkisyan Ermənistanda 10 gündən də artıq qala bilməyəcəklər. O bu cür biyabırçı seçkilərdən sonra Serj Sarkisyanın onu qəbul etməyən xalqa rəhbərlik edə biləcəyini təsəvvür edə bilmədiyini əlavə edib. Ter-Petrosyan dünya ictimaiyyətinin Azadlıq meydanında baş verənlərə də necə dözə biləcəyini anlamadığını bildirib.
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan isə bəyan edib ki, hər şey müxalifət liderlərinin özündən asılıdır. Xarici işlər naziri hadisələrin bu cür inkişafı halında hüquq mühavizə orqanlarının qanun çərçivəsində müəyyən addımlar atmağa məcbur olacağını da söyləyib. Xatırladaq ki, ötən gün yerli vaxtla səhər saat 6:20-dən etibarən paytaxt polisi və xüsusi təyinatlılar 10-gündürki «Azadlıq» meydanında oturaq aksiya keçirən təkrar prezident seçkilərinin keçirilməsini tələb edən keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarlarına zor tətbiq edərək qovub. Bundan sonra müxalifət tərəfdarları Fransanın Ermənistandakı səfirliyi önünə gələrək səfirlik binası yaxınlığında barrikadalar qurmağa başlayıblar./ANS TV/


